İtaliyanın müdafiə naziri: "NATO-nun artıq mövcud olmaq üçün heç bir səbəbi yoxdur"

21-06-2025, 11:28           
İtaliyanın müdafiə naziri:
NATO Qlobal Cənub dövlətləri ilə əlaqə yaratmalıdır, əks halda onun mövcudluq məqsədi itiriləcək.

Oxu.Az ANSA-ya istinadən xəbər verir ki, bunu iyunun 20-də İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krosetto deyib.

"NATO-nun artıq mövcud olmaq üçün heç bir səbəbi yoxdur. Atlantik okeanı bir vaxtlar dünyanın mərkəzi idi, indi isə mərkəz bütün dünyadır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, alyans sülh və qarşılıqlı müdafiəni təmin etmək üçün yaradılıb.

"İndi bu tapşırığı yerinə yetirərkən NATO Qlobal Cənub ilə əlaqə saxlamalı və əsaslı şəkildə fərqli bir auruma çevrilməlidir. Əks halda biz hamıya şamil olunan qaydalar çərçivəsində təhlükəsizliyi təmin etmək məqsədinə nail olmayacağıq", - Quido əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru