Bizim partnyorlarımız ABŞ və Avropa da Kiyev hakimiyyətinə təsir etməlidir

6-06-2015, 07:23           
Bizim partnyorlarımız ABŞ və Avropa da Kiyev hakimiyyətinə təsir etməlidir
“Rusiya və ABŞ kütləvi qırğın silahlarının yayılmaması və terrorizmlə mübarizə məsələsində müttəfiq olaraq qalır”.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində prezident Vladimir Putin deyib.

Rusiya lideri bildirib ki, ölkəsi ABŞ-la bir sıra sahədə birgə əməkdaşlıq etməyə davam edir.

Kreml başçısı bu ilin fevral ayında Ukrayna böhranının sülh yolu ilə həll edilməsi ilə bağlı “Normand dördlüyü” formatında (Fransa, Almaniya, Rusiya, Ukrayna) əldə edilmiş Minsk razılaşmasından da söz açıb.

Onun sözlərinə görə Ukrayna münaqişəsinin nizamlanması məsələsində Minskdə imzalanmış sənədə alternativ variant yoxdur.

“Rusiya da maraqlıdır ki, Minsk razılaşmasının bütün bəndlərini sözsüz icra etsin. Həll üçün bundan başqa yol mövcud deyil”,-deyə o qeyd edib.

Vladimir Putin vurğulayıb ki, Rusiya qondarma Donetsk və Luqansk respublikalarının rəhbərliyinə təsir göstərmək üçün ondan asılı olan hər şeyi edir.

“Amma hər şey bizdən asılı deyil. Bizim partnyorlarımız ABŞ və Avropa da Kiyev hakimiyyətinə təsir etməlidir. Bizdə Kiyev hakimiyyətini hər şeyi yerinə yetirməyə vadar edən təsir mexanizmləri yoxdur. ABŞ və Avropada isə bu imkan var”.

Prezident Ukraynanın Avropanın enerji bazarına girəcəyi təqdirdə, Rusiyanın üzləşəcəyi maliyyə çətinlikləri barədə də danışıb:

“Ukrayna Avropanın energetika sisteminə girəcəksə, bu Rusiyanı öz energetika sistemini yenidən qurmasına 8-10 milyard avro xərcləməyə məcbur edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.