İstanbulda zəlzələ zamanı 150-dən çox adam özünü binadan atıb - KİV

Bu gün, 17:06           
İstanbulda zəlzələ zamanı 150-dən çox adam özünü binadan atıb - KİV
İstanbulda baş verən zəlzələlərdə insan itkisi olmayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbul Valiliyindən bildirilib.

Qeyd olunub ki, zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb, onların müalicəsi davam edir, həyatları təhlükə altında deyil.

Bundan əlavə, şəhərin Fatih rayonunda tərk edilmiş bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.