“Nar”dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: - Səhnəyə ən yaxın sən ol!

23-04-2025, 16:49           
“Nar”dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: -
Sərfəli mobil operator “Nar” 28 aprel tarixində Bakı Kristal Zalında baş tutacaq “OneRepublic” konsertinin əsas dəstəkçisi olaraq, musiqi həvəskarlarını sevindirəcək. Musiqi və əyləncə dolu bu tədbirə öz abunəçilərini daha da yaxın etmək məqsədilə “Nar” sosial şəbəkələrdə xüsusi müsabiqəyə start verib.

"DİA-AZ" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün sadəcə “Nar”ın rəsmi “Instagram” səhifəsindəki paylaşımın şərh bölməsində dostunu işarələmək kifayətdir.

İştirakçılar arasından 5 nəfər təsadüfi seçimlə qalib müəyyən olunacaq və hər biri 2 nəfərlik pulsuz bilet qazanacaq. Qeyd edək ki, müsabiqə 24 aprel saat 23:59-a qədər davam edəcək.

“Nar” gənclərin dinamik həyat tərzinə və musiqi zövqünə uyğun olaraq, texnologiya və əyləncəni bir araya gətirməyə davam edir. Həm musiqi, həm də hədiyyələrlə dolu bu fürsəti qaçırmayın!

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru