“Yeddi Gümbəz”də gənc qadın öldürüldü: əri saxlanıldı Bu gün, 16:42 Şamaxıda qətl törədilib.TEREF bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şamaxı şəhərindəki “Yeddi Gümbəz” qəbiristanlığında baş verib.1996-cı il təvəllüdlü Sevda Hidayətova orada kəsici alətlə qətlə yetirilib.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1984-cü il təvəllüdlü Vüsal Hidayətov saxlanılıb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş