Ana dili xalqın varlığını təsdiq edən başlıca vasitədir
Bu gün, 15:12

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca vasitədir. Dil millətin
formalaşmasında, təşəkkül tapmasında vacib olan amillərdən bəlkə də ən
birincisidir desəm yanılmaram.
Ulu Öndər Heydər Əliyev də Azərbaycan dilinin qorunması və inkişafı
ilə bağlı müstəsna xidmətlər göstərmişdir. Ümummilli Lider respublikamıza
rəhbərlik etdiyi müddətdə Azərbaycan dilinin hərtərəfli inkişafı üçün böyük
addımlar atmış,dili qorumaq,ona sahib çıxmaq onun siyasətinin başlıca
qayəsi olmuşdur. Ulu Öndər Heydər Əliyev hər bir vətəndaşın öz dilini,öz
tarixini bilməsini başlıca vətəndaşlıq borcu hesab etmişdir.
Ümummilli lider Heydər Əliyev ana dili məsələsinə çox böyük diqqət və
qayğı ilə yanaşmışdır və tövsiyə edirdi ki,dil məsələlərinə səthi yanaşmaq
olmaz. Milli-mənəvi dəyər olan dil daimi xarakter daşıyır, bəşəridir. Dövlətin
formalaşmasında dilin rolunun əvəzedilməz olduğunu vurğulayır.Bir
dövlətin dünya arenasında tanıdılmasında ən vacib amillərdən biridir dil.
Ulu öndər Heydər Əliyev öz hakimiyyəti illərində Azərbaycan dilinin
hərtərəfli inkişafı üçün əhəmiyyətli qərarlar qəbul etmiş,fərmanlar
imzalamışdır.
1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili
Azərbaycan Respublikasının Dövlət dili kimi təsdiq olunmuşdur.
Ümumiyyətlə Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə
çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin
və beynəlxalq təşkilatlarının kürsülərində səslənməsi bilavasitə Heydər
Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər
Əliyevin həyat fəaliyyətinə çevrilmişdir.
Azərbaycan dilinin inkişafı,onun tətbiq sahəsinin genişləndirilməsi və
yad təsirlərdən qorunması,habelə bu dilin saflığı istiqamətində Heydər
Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyevin dil siyasəti,onun dilimizin inkişafı üçün göstərdiyi tarixi
xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən hər zaman istifadə
olunacaq.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası