Daha bir biabırçı şeytan çıxarma videosu yayıldı -Video

6-06-2015, 10:24           
Daha bir biabırçı şeytan çıxarma videosu yayıldı -Video
Sosial şəbəkələrdə Moldovada ailəvi problemləri olan bir gəncin bədənindən “şeytan çıxarılması”nı əks etdirən video-çarx yayılıb.

Moderator.az-ın məlumatına görə, görüntülərdə kilsənin rahibi ruhuna şeytan girdiyini iddia etdiyi gəncin belinə minib. Ortodoksal din xadimi belinə mindiyi gəncdən iməkləməsini tələb edir və vaxtaşırı onun qulağını dartır. Qeyri-adi seans vaxtı bədəni ağrıdığı güman olunan gəncin, “xilas edin” – fəryadı ətrafa yayılır.

Keşişin həyata keçirdiyi biabırçı “şeytan çıxarma ayini” həvəskar kamera tərəfindən lentə köçürülüb. Keşiş daha sonra xəstənin belindən enir və kilsə zənglərinin müşayiəti ilə onu tapdalayır. Videonun sosial şəbəkələrdə paylaşılmasından sonra keşiş barəsində istintaq başladılıb. Qeyd edək ki, daha əvvəl də insanların bədənindən "şeytan çıxarılması"nı əks etdirən videolar yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.