Nüvə müzakirəsi yenidən gündəmdə: İranın qərarı nə olacaq?

Bu gün, 10:14           
Nüvə müzakirəsi yenidən gündəmdə: İranın qərarı nə olacaq?
İran və Aİ-3 (Böyük Britaniya, Fransa və Almaniya) diplomatlarının gələn həftə Avropada nüvə razılaşmasını müzakirə etmək üçün görüşü gözlənilir.

Bu barədə Axios-un jurnalisti Barak Ravid məlumatlı mənbələrə istinadən xəbər yayıb.

“İran və Aİ-nin yüksək səviyyəli diplomatlarının gələn həftə mümkün nüvə razılaşmasını müzakirə etmək üçün Avropada görüşməsi gözlənilir. Görüş Vyanada və ya Cenevrədə baş tuta bilər. İranı xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi və xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qarib-Abadi təmsil edəcək.

“Reuters” xəbər verib ki, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri Abbas Araqçı ilə telefon danışığında Tehrana qarşı beynəlxalq sanksiyaları yayın sonuna qədər bərpa edəcəklərini bildiriblər./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru