BMT-nin maliyyə ehtiyatları azalıb: A
Bu gün, 10:11

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) maliyyə ehtiyatlarının kəskin çatışmazlığı səbəbindən qaçqınların Çad və Cənubi Sudanda sərhəd bölgələrindən daha təhlükəsiz bölgələrə köçürülməsi əməliyyatlarının dayandırıldığını elan edib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, qaçqınların yerləşdiyi bir çox ərazilər əlçatan olmadığı üçün onlara lazım olan yardımın göstərilməsi prosesi mürəkkəbləşib. Humanitar proqramların maliyyələşdirilməsinin azaldılması bu il 11.6 milyon qaçqının və məcburi köçkünün birbaşa humanitar yardım almaq imkanlarını itirməsi ilə nəticələnə bilər. Bu, keçən il BMT-dən yardım alanların ümumi sayının təxminən üçdə biri deməkdir.
2025-ci ildə BMT tərəfindən həyata keçirilən əsas yardım proqramlarının həcmi artıq 1.4 milyard dollar azaldılıb. Cari il üçün ümumi maliyyə ehtiyacları 10.6 milyard dollar həcmində qiymətləndirilir. Lakin tələb olunan məbləğin cəmi 23 faizi toplanıb.