Yaponiyada təbii fəlakətlərə qarşı insanabənzər robotlar hazırlanacaq

Bu gün, 15:28           
Yaponiyada təbii fəlakətlərə qarşı insanabənzər robotlar hazırlanacaq
Yaponiyanın ən böyük universitetlərindən biri təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və xilasetmə əməliyyatları zamanı istifadə olunacaq ən müasir insanabənzər robotları birgə hazırlamaq məqsədilə bir neçə yerli şirkətlə əməkdaşlıq edəcək.

Bu barədə "Kyodo" agentliyi xəbər verir.

Vaseda Universiteti yerli şirkətlər "Murata", "Tmsuk" və "Sre Holdings" ilə birlikdə hündürlüyü 3 metr və çəkisi 300 kiloqram olan insanabənzər robotları birgə hazırlamaq və sonradan istehsal etmək niyyətindədir.

Belə robotlar 5 km/saat sürətlə hərəkət edə və 100 kiloqramdan artıq çəkiləri qaldıra biləcəklər. Nəhəng insanabənzər robotların əsas vəzifəsi Yaponiyanın mütəmadi olaraq üzləşdiyi zəlzələ və digər təbii fəlakətlərdən sonra dağıntıları təmizləmək olacaq.

Test modelinin 2026-cı ilin sonunda hazır olacağı, 2029-cu ildə isə kütləvi istehsalın başlanması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru