Çeçenistan prezidenti Ramzan Kadırovun boks üzrə məşqlər zamanı qabırğasını sındırablar.
teref.az oxu.az-a istinadən xəbər verir ki, Kadırov bu barədə öz instaqramm səhifəsində yazıb.
“Ötən həftə @iznaur_k926ra и @balu_k927ra ilə məşqlər zamanı mən bir neçə güclü zərbələr aldım. Zərbələr o qədər yaxşı və dəqiq idi ki, mənim 4-cü qabırğam 2 yerdən sınıb”.
Qeyd edək ki, Kadırovun hər iki məşq tərəfdaşı çeçen xüsusi təyinatlısıdır. Lakin Çeçenistan prezidenti onlardan hansının ona zərər yetirdiyi açıqlamır.
“Heç nəyə baxmayaraq yenə məşq edin”, - Kadırov çağırış edib.