SENSASSİYA: İŞİD Azərbaycanı xilafətin mərkəzi elan etdi

10-04-2015, 09:49           
SENSASSİYA: İŞİD Azərbaycanı xilafətin mərkəzi elan etdi
Terror təşkilatı Şimali Qafqaza yayılmaq üçün dini əfsanələrdən istifadə etməyə başlayıb

Son illərin gündəmindən düşməyən və Yaxın Şərqdə bir çox qətliamların və savaşların banisi olaraq ad çıxarmış İŞİD-lə bağlı daha bir sensassiyalı xəbər yayılıb. Misirdə nəşr olunan «Əl Ənbar» qəzeti xəbər verir ki, «Əl Qaidə»dən sonra ad çıxarmış terror təşkilatı Azərbaycanı yeni yaratdıqları xilafətin mərkəzi elan edib.

Qəzetin iddiasına görə, İŞİD-in belə bir addım atmasının səbəbi inanclarını daha böyük əraziyə yaymaq, habelə prosesləri Yaxın Şərqdən çıxararaq, Qafqaza daşımaqdır. «Əl Ənbar»ın yazdığına görə, Azərbaycanın mərkəz kimi seçilməsinin əsas səbəbləri bir neçədir. «Birincisi, Azərbaycan Qafqazın mərkəzində yerləşir və müsəlman ölkəsidir. Həmçinin bu ölkədə İŞİD-i dəstəkləyən qüvvələrin sayı da az hesab olunmur. İkincisi, Azərbaycanda qərarlaşmaqla İŞİD Şimali Qafqaza da geniş miqyasda yayılmaq və təsir etmək gücü qazana biləcəyini düşünür».

JAM.AZ xəbər verir ki, Misir nəşri onu da iddia edib ki, Azərbaycanın xilafətin mərkəzi elan edilməsinin dini əfsanələrlə də bağlılığı var. Lakin qəzet bu bağlılıqların nədən ibarət olması barədə heç bir bilgi verməyib.

Xatırladaq ki, bu gün Suriya və İraqda İŞİD-in tərkibində xeyli sayda azərbaycanlı döyüşür. Vəhhabi cərəyanının nümayəndəsi olan həmin zəmyerlilərimiz arasında batalyon komandirləri, qoşun rəhbərlərinin də olduğu deyilir. Üstəlik, İŞİD-ə rəğbət göstərən və hazırda Azərbaycanda yaşayan xeyli sayda vəhhabinin olduğu da sirr deyil. MTN-in son bir neçə ayda keçirdiyi əməliyyatlar zamanı həbs olunanlar da bunun əyani sübutu olaraq göstərilə bilər. Eyni zamanda, Suriya və İraqa Sumqayıtdan, habelə Şimal bölgəsindən xeyli sayda insanın döyüşmək üçün getdiyi də sirrli məsələ sayılmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.