İranın üzü çöndü, Qərblə münasibətlər yenidən pisləşdi

10-04-2015, 10:16           
İranın üzü çöndü, Qərblə münasibətlər yenidən pisləşdi
Ruhani: “Heç vaxt öz əleyhimizə olan bir anlaşmaya imza atmayacağıq”; ABŞ dövlət katibi sərt danışdı

ABŞ İranın Yəməndə hərbi münaqişəyə müdaxilə etməsinə icazə verməyəcək. “Reuters”in məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, prezident Mansur Hadini ölkədən qovan husi silahlılarına İrandan gələn dəstək ABŞ-a yaxşı məlumdur. “Biz münaqişə axtarmırıq. Lakin müttəfiqlərimizi də tək buraxmayacağıq. Biz İranın mümkün fəaliyyətindən özünə təhlükə hiss edənlərə dəstəyimizi davam edəcəyik” deyə, Kerri telemüsahibəsində bildirib. Dövlət katibi bildirib ki, ABŞ İran tərəfdən özünə təhlükə hiss edən Yaxın Şərq ölkələrinə dəstək verəcək. Qeyd edək ki, İran Səudiyyə Ərəbistanı və müttəfiq dövlətlərin husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi varlığını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib. İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən körfəzinə göndərilib. Həbibullah Səyyari gəmilərin hansı məqsədlə göndərildiyini də açıqlayıb: “Hərbi gəmilər İran gəmiçiliyinin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru