Separatçılardan Donbass və Krımla bağlı gözlənilməz qərar
9-06-2015, 16:38
Ukraynanın şərqindəki separatçılar – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” Ukrayna Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini Donbass münaqişəsinin həlli üzrə təmas qrupuna təqdim ediblər. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, layihədə Donbassın hazırda separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi əksini tapıb. Separatçılar bu bölgəni Ukraynanın ayrılmaz hissəsi adlandırıblar. Daha bir maraqlı məqam Krımla bağlıdır. Layihədə Rusiya tərəfindən ilhaq edilən Krım və Sevastopol Ukraynanın tərkib hissəsi kimi təqdim olunur. Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının hüquqi statusuna dəyişikliyin nəzərdə tutulduğu 133-cü maddədə “Krım Muxtar Respublikası və Sevastopol Ukraynanın tərkibinə daxildir” ifadəsi yer alıb.