Ban Ki-moon Yarmouku “ölüm düşərgəsi”nə bənzətdi

10-04-2015, 11:00           
Ban Ki-moon Yarmouku “ölüm düşərgəsi”nə bənzətdi
BMT-nin baş katibi deyir ki, Dəməşq yaxınlığında fələstinli qaçqınların Yarmouk qaçqın düşərgəsi Suriyada dörd illik müharibə “cəhənnəminin ən dərin qatıdır”. Düşərgəni İslam Dövləti qruplaşmasının silahlıları ələ keçirib.

Ban Ki-moon aprelin 9-da jurnalistlərə deyib ki, “düşərgə 18 min sakini üçün ölüm düşərgəsinə bənzəməyə başlayır”. Baş katibin sözlərinə görə, düşərgədəki silahlılar və ondan kənardakı hökumət qüvvələri düşərgə sakinləri üçün ikibaşlı xəncərdir.

“Biz sadəcə dayanıb qətliamın baş verməsini izləyə bilmərik,” Ban deyib.

İD düşərgəni ötən həftə tutub. Baş katib döyüşə son qoymağı, humanitar yardıma çatımlılıq və düşərgədən çıxmaq istəyənlər üçün təhlükəsiz çıxış tələb edib.

2011-ci ildə Suriya münaqişəsi başlananda Yarmouk düşərgəsindəki fələstinlilərin sayı 160 min nəfər idi. Onlar 1948-ci il müharibəsində qaçqın düşənlərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru