“AB bütün sahələrdə dialoqu dondurub” - Kreml

10-04-2015, 11:13           
“AB bütün sahələrdə dialoqu dondurub” - Kreml
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Birliyi ilə əlaqələrin pozulmasında .

Axar.az xəbər verir ki, nazir münasibətlərin normallaşmasının Moskvadan asılı olmadığını, bütün sahələrdə əlaqələrin Brüssel tərəfindən dondurulduğunu açıqlayıb.

Belçikalı həmkarı Didier Reynders ilə görüşdən sonra mətbuat mənsublarının suallarını cavablandıran Lavrov qitənin bir çox ölkəsinin Rusiyaya qarşı sanksiyalara heç də yaxşı baxmadığını deyib:

“Münasibətlərin normallaşması bizdən asılı deyil. Birtərəfli sanksiya tətbiqindən sonra Moskva-Brüssel əlaqələrini normallaşdırmaq bizə düşmür. Ancaq bunu söyləyə bilərik ki, Avropa Birliyində bir çox ölkə mövcud vəziyyətdən razı deyil”.

AB-də “aqressiv bir azlığın həmrəylik prinsipləri" anlayışı ilə fərziyyə siyasəti yürütdüyünü deyən Kremlin baş diplomatı qarşı tərəfi günahlandırıb:

“Ukrayna böhranından əvvəl də Brüssel Rusiya-AB əlaqələrinin müzakirə olunduğu Tərəfdaşlıq Şurasının toplanmasını təxirə saldı. Hazırda AB bütün sahələrdə dialoqları dondurub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.