BMT-nin baş katibi Bakı I Avropa Oyunlarını alqışladı

12-06-2015, 11:16           
BMT-nin baş katibi Bakı I Avropa Oyunlarını alqışladı
BMT-nin Baş katibi Pan Gi Mun bu gün Azərbaycanın paytaxtında start götürəcək Birinci Avropa Oyunlarının açılışını alqışlayır.

Virtualaz.org bildirir ki, bunu gündəlik brifinqdə dünən BMT-nin mətbuat katibi Stefan Cüarrik deyib.
“Baş katib Azərbaycan xalqı və hökumətinin bu Oyunların təşkilinə verdiyi töhfəni yüksək qiymətləndirir və ümid edir ki, oyunlar beynəlxalq və regional əməkdaşlığın möhkəmlənməsinə yardım edəcək”.
Stefan Cüarrikin sözlərinə görə, BMT baş katibinin idman üzrə xüsusi müşavirinini bir müddət əvvəl Azərbaycan barəsində səsləndirdiyi mənfi fikirlər BMT, yaxud təşkilatın baş katibinin fikirlərini əks etdirmir. Pan Gi Mun ümid edir ki, həmin bəyanat idmanın sülh və inkişaf ideyalarının yayılmasında oynadığı müsbət rola mənfi təsir göstərməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.