ABŞ Konqresində Rendi Fayn: Qəzzanı bu silahla vurmağı təklif etdi

23-05-2025, 12:24           
ABŞ Konqresində Rendi Fayn: Qəzzanı bu silahla vurmağı təklif etdi
Respublikaçı konqresmen Qəzzaya atom bombası atmağı təklif etdi.
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Rendi Fayn Qəzzanı nüvə silahı ilə vurmağa çağırıb.
Bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Konqresmenin sözlərinə görə, Qəzzadakı münaqişənin yeganə həll yolu terroru dəstəkləyənlərin tam təslim olmasıdır.

"İkinci Dünya müharibəsində biz nasistlərlə təslim olmaq barədə danışıqlar aparmadıq. Biz yaponlarla da təslim olmaq barədə danışıqlar aparmadıq. Biz qeyd-şərtsiz təslim olmağı təmin etmək üçün Yaponiyanı iki dəfə nüvə silahı ilə vurduq”, - Fayn bildirib.

Konqresmen Qəzzada da eyni addımın atılmalı olduğunu əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru