Polşa Belarusla sərhəddə daha bir elektron hasar çəkəcək

23-05-2025, 12:38           
Polşa Belarusla sərhəddə daha bir elektron hasar çəkəcək
Polşanın Lyublin voyevodalığında, Belarusla sərhədin su hissəsində elektron maneə tikilir.

Bu barədə ölkənin daxili işlər və administrasiya naziri Tomaş Semonyak bildirib.

“Polşa-Belarus sərhədində, Lyublin voyevodalığında, sərhəddə yerləşən Buq çayı üzərində elektron maneənin qurulması üzrə işlər aparılır. Elektron təhlükəsizlik divarı iyulun 20-dək tam hazır olacaq. Bu, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün son dərəcə vacib vasitədir”, - qurum rəhbəri deyib.

Bildirilir ki, hasara kameralı 1,8 minə yaxın dirək, 4,5 min gecə-gündüz və termal müşahidə kameraları, habelə obyektlərin müxtəlif fiziki xüsusiyyətlərini aşkar edən xüsusi sensorlar daxildir.

Xatırladaq ki, bu ilin mart ayında Polşa Sərhəd Xidməti Podlyaske voyevodalığının (Belarusun Qrodno və Brest vilayətləri ilə həmsərhəddir – red.) sərhədyanı Svisloç və İstoçyanka çaylarında tikilmiş elektron maneəni istismara qəbul edib.

2023-cü ilin yayında Polşa-Belarus sərhədinin quru hissəsində elektron maneənin quraşdırılması başa çatdırılıb. Sərhədin su hissələrində elektron maneələrin tikintisinə 2024-cü ilin fevral ayının sonunda başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru