“Reina” terrorçusunun arvadı – İŞİD-in üzvü imiş

4-02-2017, 09:32           
“Reina” terrorçusunun arvadı – İŞİD-in üzvü imiş
İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində 11 şübhəli şəxs “silahlı terror təşkilatına üzv olmaq”, “qəsdən adam öldürməyə kömək etmək” cinayət əməllərinə görə həbs olunmaq tələbi ilə Sülh Cəza Məhkəməsinə sövq olunublar.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən özbək əsilli terrorçu Əbdülqədir Maşaripovun həyat yoldaşı Zarina N. də saxlanılanlar arasındadır.
Onun da İŞİD terror qruplaşmasının üzvü olduğu, kimliyini gizlədərək Fatıma Əbdürrəhim kod adlı ləqəbdən istifadə etdiyi ortaya çıxıb.
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.
Teraktı törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.
Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistanda təlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.
P.S. Mediada gedən bəzi məlumatlara görə isə Əbdülqədir Maşaripovun tacik əsillidir.teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.