Atatürkün doğulduğu şəhərdə kütləvi aksiya

5-02-2017, 08:21           
Atatürkün doğulduğu şəhərdə kütləvi aksiya
Yunanıstanın Saloniki şəhərində fermerlərin aksiyası hələ də davam edir.

Axar.az xəbər verir ki, fermerlər vergilərin artırılmasına etiraz olaraq küçələrə axışıblar.

Yanvarın 23-dən davam edən aksiya hər gün bir neçə saat davam edir. Belə ki, fermerlər avtomagistralı traktorlarla bağlayırlar. Bir gün öncə isə anoloji hadisə Saloniki aeroportunda baş verib.

Ötən gün isə traktorlar Salonikinin mərkəzinə daxil olublar və Ağ Qala deyilən yerdə nümayişi davam etdiriblər.

Fermerlər vergilərin azaldılacağına qədər etiraz nümayişini davam etdirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, yüzillərlə Osmanlı imperiyasının tərkibində olan Saloniki Mustafa Kamal Atatürkün anadan olduğu şəhərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru