ABŞ prezidentinin qurbanı olacaq 14 ölkə – SİYAHI

11-02-2017, 20:01           
ABŞ prezidentinin qurbanı olacaq 14 ölkə – SİYAHI
“Fitch Ratings” beynəlxlaq reytinq agentliyi ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətini və bu siyasətdən zərər görəcək ölkələri açıqlayıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, agentliyin açıqlamasında bildirilir ki, Tramp hökuməti beynəlxalq iqtisadi inkişaf üçün təhlükə yaradır.

“Fitch” ABŞ-ın 45-ci prezidentinin bəzi siyasi gedişatlarının iqtisadi inkişafa müsbət təsir edəcəyini qeyd etsə də, onun immiqrasiya siyasətinin nüfuzuna mənfi təsir etdiyini yazıb.

Məlumata görə, Kanada, Almaniya, Yaponiya, Çin, Meksika, Holandiya, İngiltərə, Honduras, Nikaraqua, Qvatemala, El-Salvador, Braziliya, Şərqi Asiya və Orta Avropa Trampın siyasətinin qurbanı olacaq ölkələrdir. Bunlar keçmiş hökumətlərin vaxtında ABŞ ilə yaxın iqtisadi əlaqələrə sahib olsalar da indi mövcud maliyyə problemləri olan, var-dövlətini ABŞ-a göndərən, çoxlu miqrantı olan ölkələrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru