NATO Rusiyanın təcavüzünə qarşı duracaq - QƏRAR

24-06-2015, 22:28           
NATO Rusiyanın təcavüzünə qarşı duracaq - QƏRAR
“NATO Rusiya ilə silah yarışına girməyəcək, amma Moskvanın Ukraynadakı aqressiv hərəkətinə qarşı durmalıdır”.

ANS PRESS-in məlumatına görə, bunu təşkilatın baş katibi Jens Stoltenberg iyunun 24-də bəyan edib.

O NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşü ərəfəsində bildirib ki, biz silah yarışına girməyəcəyik, amma ölkələrimizin təhlükəsizliyini təmin etməliyik.

Moskvanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə gəldikdə isə Stoltenberg Rusiyanın Avropada aqressiv hərəkətlərə görə cavabdehlik daşımasına şübhə olmadığını bildirib.

Nazirlərin bu görüşdə NATO cəld reaksiya qüvvələrinin sayını 2 dəfədən çoxartırmaq da daxil olmaqla tədbirlər qəbul edəcəkləri gözlənilir.

Vaşinqton iyunun 23-də Alyansın şərq cinahında ağır silahların iştirakı ilə ilkin mövqe tutulacağını bəyan edib.

“Rusiya Ukraynanın şərqinə ordu və hərbi qüvvə və avadanlıqlar göndərməkdə davam edir və Rusiyanın Avropada aqressivhərəkətlərə görə cavabdehlik daşımasına heç bir şübhə yoxdur”-deyə o bir daha vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.