Sorğu: Makron Le Peni 3 faiz qabaqlayır

20-04-2017, 09:02           
Sorğu: Makron Le Peni 3 faiz qabaqlayır
Fransa prezidentliyinə namizəd, sabiq iqtisadiyyat naziri Emmanuel Makron rəqibini, “Milli Cəbhə” partiyasının lideri Marin Le Peni 3 faiz qabaqlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumatına görə, “Harris Intercative” şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, E.Makron seçicilərin səsinin 22 faizini, M.Le Pen isə 19 faizini toplaya bilər.

Üçüncü yeri "Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşon və keçmiş baş nazir Fransua Fiyon bölüşdürüblər (19%).

Aprelin 18-19-da keçirilən sorğuda 3 min respondent iştirak edib.

Xatırladaq ki, Fransada prezident seçkiləri iki turda - aprelin 23-də və mayın 7-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru