Putini təhqir edən məşhur teleaparıcı işdən qovulub

20-04-2017, 09:04           
Putini təhqir edən məşhur teleaparıcı işdən qovulub
“Fox News” telekanalı ulduz aparıcı və siyasi şərhçi Bill O’Reylini işdən çıxarıb.

APA-nın məlumatına görə, bundan əvvəl "Fox" telekanalı bir neçə qadının aparıcıya qarşı qaldırdığı seksual hərəkətlərlə bağlı iddiaların geri çəkilməsi üçün 13 milyon dollar ödəyib. Onun apardığı proqramların sponsorları reklam yerləşdirilməsi barədə müqavilələri birtərəfli qaydada pozmağa başlamışdılar.

Bu ilin fevralında Bill O’Reyli ABŞ prezidenti Donald Trampla müsahibədə Qərbin Moskvaya qarşı ittihamlarını xatırlatmış və Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırmışdı. Bu ifadə rəsmi Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telekanaldan üzrxahlıq tələb etmişdi.

Bill O’Reyli 1996-cı ildən öz verilişini aparırdı və telekanalın siması sayılırdı. Onun 10 illik aparıcılıq karyerasından sonra sərvəti on milyonlarla dollar qiymətləndirilir.
[media=https://www.youtube.com/watch?v=p6n31zEEI_I]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru