Dünyanın ən çirkin qadınları İngiltərədədi
25-04-2017, 09:09

“Hansı ölkə ən çirkin qadınlara sahibdir" sorğusunda İngiltərə daha çox fərqlə birinci olmağı bacarıb.
Türkiyə isə siyahının sonunda qərarlaşıb. İngilis “Daily Mail” qəzetinin xəbərinə görə, bir çox meyara söykənərək edilən anketdə ingilis qadınlar az qala hər sahədə ən aşağı balları aldı. Çox sürətli içən, gəyirən, qorxunc bir şəkildə geyinən İngilis qadınları, anketə qatılanlar tərəfindən ‘qadınlara uyğun gələn davranışlar göstərməyən' və ‘həddindən artıq kök' olaraq qiymətləndirilib. İngilis qadınlarına ən çox bal itirdən üç xüsusiyyətləri isə ‘kobud olmaları', ‘kişilər kimi içmələri' və ‘bir yerdə sızıb qalmalarıdır.' Ancaq şikayətlər bununla da bitməyib. İştirakçılar, İngilis qadınlarını çirkin döymələrə sahib olmalarına, çox dar bikini və futbol köynəkləri geymələrinə və cinayətə bulaşmalarına görə də tənqid edib.
“Real Holiday” tətil saytının hazırladığı sorğuda ingilis qadınlar 22.4% ilə ən çirkinlərin siyahısında birinci olduğu halda, amerikalı qadınlar 16.7% ilə ikinciliyi əldə edib. Şərqi avropalılar və ispaniyalı qadınlar 15.7%lə üçüncü olub. Siyahının sonunda türk qadınları yer alıb. Saytın sahibi Gary Hevitt, əldə edilən nəticələrlə şok keçirdiklərini deyib. Hevitt, "İngilis qadınları getdikcə kişilərə bənzəməyə başladı. Davamlı içirlər və sızırlar. Artıq özlərinə diqqət yetirmələri lazımdır" deyib.