Almaniya Bundestaqı çadraya qismən qadağanı dəstəkləyib

28-04-2017, 08:53           
Almaniya Bundestaqı çadraya qismən qadağanı dəstəkləyib
Bundestaq Almaniyada qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsini qismən qadağa qoyan qanun layihəsini dəstəkləyib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qadağa dövlət qulluqçuları, hakim və hərbçiləri əhatə edib.

“İnteqrasiya həmçinin o deməkdir ki, biz dəyərlərimizi dəqiq ifadə etməliyik və yaymalıyıq... Razılaşdırdığımız qanun layihəsi bu işə mühüm töhfə verəcək”, - deyə Almaniyanın DİN rəhbəri Tomas de Mezyera bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel bundan qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.

Angela Merkel müvafiq çağırışı ilk dəfə olaraq ötən ilin dekabrında 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru