Kremldən İsrailin zərbəsinə cavab – “Uzaq olun”

28-04-2017, 09:05           
Kremldən İsrailin zərbəsinə cavab – “Uzaq olun”
“Regionda gərginliyi artıracaq təxribatlardan uzaq durulmalıdır”.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov İsrailin Dəməşq Hava Limanına endirdiyi aviazərbə ilə bağlı açıqlama verərkən deyib.

“Suriyanın suverenliyinə hörmət edilməsinin tərəfdarıyıq. Əvvəldən bildirdiyimiz kimi, gərginliyi artıran təxribatlardan uzaq olmalıyıq”, – Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Dəməşq aeroportunda İranın göndərdiyi və Hizbullaha məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru