Filippində “Əbu Səyyaf” qruplaşmasının lideri məhv edilib

29-04-2017, 10:41           
Filippində “Əbu Səyyaf” qruplaşmasının lideri məhv edilib
Filippində "Əbu Səyyaf” qruplaşmasının liderlərindən biri Əl-Xabsi Misaya məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Filippin ordusunun qərargah rəisi Eduardo Ano bəyan edib.

Misayanın hökümət qüvvələri ilə terrorçular arasında baş verən atışmada öldürüldüyü bildirilir. Qruplaşma lideri həmçinin çox sayda yerli və əcnəbi vətəndaşların girov götürülməsində ittiham edilirdi.

"Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru