Prezident müxalifətdən kömək istədi: Aktiv olun!

3-05-2017, 15:18           
Prezident müxalifətdən kömək istədi: Aktiv olun!
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili müxalifəti və qeyri-hökumət təşkilatlarını Konstitusiya dəyişiklikləri ilə bağlı məsələdə aktiv olmağa səsləyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan prezidentinin mətbuat katibi Pikriya Çixradze söyləyib. O, prezidentin müxalifətin yaratdığı “Konstitusiyanı qoruyaq” kampaniyasına qoşulmaq fikrində olmadığını bildirib:

“Prezident Konstitusiya reformları məsələsində çox aktiv idi və bundan sonra da öz aktivliyini davam etdirəcək. Bizim məqsədimiz yaxşı Konstitusiya əldə etməkdir”.

Qeyd edək ki, Gürcüstan hökuməti Konstitusiyada dəyişikliklər etmək istəyir. Dəyişikliklərə əsasən, prezident xalqın deyil, parlamentdə deputatların səsi ilə seçilməlidir, parlament seçkiləri isə yalnız proporsional qaydada keçirilməlidir.

Marqvelaşvili dəyişikliklərin böyük əksəriyyətinə qarşı çıxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru