Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı

15-05-2017, 08:48           
Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı
Peruda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin yol polisi məlumat yayıb.
Məlumatda bildirilir ki, sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində azı 11 nəfər ölüb. "Andina" agentliyinin xəbərində bildirilir ki, hadisə Cənubi Amerika ölkəsinin Pasko regionunun mərkəzi şosesində baş verib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Qəza zamanı həmçinin azı 25 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru