Ağ Ev: Tramp Lavrovla ABŞ və Rusiya üçün ümumi təhlükəyə dair məlumatlarla bölüşüb

17-05-2017, 07:57           
Ağ Ev: Tramp Lavrovla ABŞ və Rusiya üçün ümumi təhlükəyə dair məlumatlarla bölüşüb
ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla iki ölkə üçün ümumi təhlükəyə dair məlumatlarla bölüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser deyib.

Onun sözlərinə görə, ötən həftə baş tutan görüş zamanı söhbət Rusiya və ABŞ-ın aviasiya təhlükəsizliyinə “ümumi təhdid”dən gedib.

“Bölüşdüyümüz məlumat ümumi təhlükə barədə olub. Bu təhlükənin qarşısını almaq bizim ümumi məqsədimizdir. Hesab edirəm ki, həmin məlumatla bölüşmək olduqca yerinə düşüb”, - deyə Spayser qeyd edib.

Qeyd edək ki, “Washington Post” bundan əvvəl yaydığı məlumatda qeyd etmişdi ki, Tramp danışıqlar zamanı Lavrova İŞİD-lə bağlı tamamilə məxfi məlumatlar təqdim edib. Yerli KİV-lər söhbətin təyyarələrdə terror aktı təhlükəsindən getdiyini ehtimal edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru