“Bütün maneələr bir həftə ərzində götürüləcək” – Rusiyadan Türkiyə açıqlaması

17-05-2017, 16:53           
“Bütün maneələr bir həftə ərzində götürüləcək” – Rusiyadan Türkiyə açıqlaması
Türkiyəyə tətbiq olunan sanksiyaların ləğv edilməsi üçün lazım olan sənədlər bu həftə ərzində hazırlanacaq.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya baş naziri müavini Arkadi Dvorkoviç çıxış edib.
“Razılaşmaların hamısının bu həftə ərzində qeydiyyatdan keçəcəyini düşünürəm. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə olunan razılaşmalar hal-hazırda kağız üzərinə köçürülür. İşlərin haradasa 99%-i yekunlaşıb. Bəzi detallar üzərində iş gedir” – Dvorkoviç belə deyib.
Dvorkoviç deyib ki, protokollar imzalanan kimi sanksiyaların ləğvi başlayacaq.
Xatırladaq ki, 10 mayda Ərdoğan və Putin arasında Soçidə keçirilən görüş zamanı xidmət, tekstil, inşaat sahələrində Türkiyəyə qarşı tətbiq olunmuş sanksiyaların hamısının ləğvi məsələsində razılıq əldə olunmuşdu.
Türkiyədən tomatların alınması ilə bağlı sanksiya isə qüvvədə qalacaq. Bundan viza rejimi qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru