ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb

20-05-2017, 21:07           
ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb
ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb. Sənədlər Ər-Riyadda ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillersonun iştirakı ilə imzalanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, bu müqavilələr əhəmiyyətli ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək və sabitliyə töhfə olacaq.
"Onlar həm də Krallığın region üzrə antiterror əməliyyatlarında iştirak imkanını genişləndirəcək və ABŞ-ın üzərinə düşən yükü azaldacaq", - ABŞ administrasiyasının əməkdaşı bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclər üzrə dünyada ABŞ və Çindən sonra üçüncüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru