Venesuela paytaxtında iğtişaşlar zamanı 50 etirazçı xəsarət alıb

21-05-2017, 08:07           
Venesuela paytaxtında iğtişaşlar zamanı 50 etirazçı xəsarət alıb
Venesuela paytaxtında iğtişaşlar zamanı 46 etirazçı xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtın Çakao rayonunun icra başçısı bildirib.

“46 yaralı var, onlardan 30-u xəstəxanalara travma, 2-si yanıq xəsarəti, 11-qazdan boğulma, 1 qırma ilə yaralanma, daha iki nəfər isə hipertoniya ilə xəstəxanalara daxil olub”, - deyə icra başçısı “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, mayın 20-də müxalifət Venesuealada ən kütləvi etiraz aksiyaları təşkil edib. Etirazçıların ümumi sayı 160 mini keçib.


Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.