Rusiya xarici işlər nazirinin müavini: UAK-ın qeydiyyatının ləğvi siyasətlə bağlı deyil

21-05-2017, 19:22           
Rusiya xarici işlər nazirinin müavini: UAK-ın qeydiyyatının ləğvi siyasətlə bağlı deyil
Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya Rusiya Ali Məhkəməsi mayın 15-də tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Nebenzya UAK-ın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını və Moskva-Bakı münasibətlərinə təsir göstərməməli olduğunu bildirib.

V. Nebenzya deyib ki, bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: “Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanları UAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru