Tereza Mey Mançesterdəki hadisəni dəhşətli terror aktı adlandırıb

23-05-2017, 08:38           
Tereza Mey Mançesterdəki hadisəni dəhşətli terror aktı adlandırıb
Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdə baş verən hadisəni dəhşətli terror aktı adlandırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazir partlayış nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.Bildirib ki, hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Məlumata görə, bu gün T. Mey nazirlər kabinetinin fövqəladə iclasını çağıracaq.

Qeyd edək ki, martda Londonda törədilən terror aktından sonra baş nazir Böyük Britaniyada terror təhlükəsi səviyyəsinin dəyişməz qalacağını bildirmişdi. “Terror təhlükəsinin səviyyəsi “ciddi” olaraq qalacaq, səviyyəsi yüksəldilməyəcək”, deyə T.Mey bildirmişdi. Böyük Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur. «Aşağı» səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Daha sonra "sadə", "ciddi", "yüksək" və "böhran" səviyyələri gəlir.

Bu gecə İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.

Xatırladaq ki, martın 22-də Londonda Böyük Britaniya vətəndaşı, 52 yaşlı Xalid Məsud Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub, sonra isə parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlamışdı. Hadisə nəticəsində 4 nəfər ölüb, 50 nəfər yaralanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.