“Trampın iqtisadi siyasəti dolların zəifləməsinə gətirib çıxaracaq” –Rusiyalı analitiklərin proqnozu

23-05-2017, 08:52           

"ABŞ prezidenti Donald Trampın iqtisadi siyasəti dolların zəifləməsinə gətirib çıxaracaq".

Bu barədə rusiyalı makroiqtisadiyyat analitiklərinin proqnozunda deyilir.

Qeyd olunur ki, prezidentin iqtisadi təşəbbüslərinin perspektivləri sual doğurur.

D.Tramp infrastrukturun inkişafı və tikintiyə bir trilyon dollar ayıracağını planlaşdırsa da, daha sonra məlum olub ki, bu məbləğ 10 il ərzində təqdim olunacaq.

Ekspertlərin fikrincə, investisiyalar və ölkədəki iqtisadi inkişaf D.Trampın siyasətindən zərər çəkəcək. Proqnoza görə, ABŞ milli valyutasının yeni prezidentin həyata keçirəcəyi iqtisadi siyasət nəticəsində zəifləməsi mümkün ola bilər/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru