Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı

23-05-2017, 15:41           
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Putinin şəxsi aşbazı öz çirkli pullarını gətirib Ermənistanda yuyur.

Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Ruben Meqrabyan Ermənistan hakimiyyətinin Rusiyayönümlü siyasətini tənqid edərkən deyib.

Onun sözlərinə görə, İrəvandakı hakimiyyət Moskvaya sitayiş edir: “Çünki bu hakimiyyətin qalmasını ruslar təmin edir və bu təminat nə qədər davam edəcəksə, sitayiş də o qədər olacaq”.

Erməni ekspert hakimiyyətin Ermənistana qoyulan Rusiya investisiyaları haqda dediklərini də tənqid edib.

“Halbuki, bunu investisiya adlandırmaq olmaz. Onlar çirkli pulları gətirib burada yuyurlar. Putinin şəxsi aşpazı “Erebuni” hərbi bazasının ərazisində öz firmasını açıb, istədiyi kimi davranır. Budur Rusiya investisiyaları?!”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru