Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub
24-05-2017, 08:21
Filippin prezidenti Rodriqo Duterte ölkəsinin regionlarından birində İŞİD-ə qarşı aparılan anti-terror əməliyyatı səbəbindən Rusiyaya rəsmi səfərini yarımçıq qoyub. "Report" xəbər verir ki, Duterte Moskvaya ötən gün gəlib və mayın 26-dək Rusiyada olmağı planlaşdırırdı. Prezidentin Moskvanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra tərk edəcəyi gözlənilir.