Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb
24-05-2017, 08:22
Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, Krallıq ərazisində terror təhlükəsi səviyyəsi kritik həddə qədər qaldırılıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bu təhlükə səviyyəsi o deməkdir ki, yaxın vaxtlarda yeni hücum gözlənilir. Qərar Mançesterdə 22 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra qəbul edilib.