ABŞ İraq və Suriyada əməliyyat xərclərini artırmaq niyyətindədir

24-05-2017, 08:33           
ABŞ İraq və Suriyada əməliyyat xərclərini artırmaq niyyətindədir
ABŞ administrasiyası Müdafiə Nazirliyinin 2018-ci maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) büdcə layihəsini Konqresə təqdim edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, layihə İraq və Suriyada əməliyyat xərclərinin artırılmasını, Əfqanıstanda isə azaldılmasını nəzərdə tutur.

Sənədə əsasən, “Sarsılmaz qətiyyət” əməliyyatına (Inherent Resolve) və onunla əlaqəli digər əməliyyatlara 13 mlrd. dollar vəsait ayırmaq planlaşdırılır. Bu ötən ilin müvafiq göstəricindən 1,1 mlrd. dollar çoxdur. Qeyd edək ki, İŞİD-ə qarşı “Sarsılmaz qətiyyət” əməliyyatı ABŞ və müttəfiqləri tərəfindən 2014-cü ildən İraq və Suriya ərazilərində aparılır.

Bununla belə, ABŞ İŞİD-lə mübarizə fonduna bundan sonra vəsait ayırmayacaq (cari ildə 2 mlrd. dollar ayrılmışdı).

ABŞ-ın Əfqanıstanda İŞİD və Taliban hərəkatına qarşı 2015-ci ildən apardığı “Azadlığın keşikçisi” (Freedom's Sentinel) əməliyyatına 45,9 mlrd. dollar ayırmaq planlaşdırılıb. Cari ildə bu göstərici 46,2 mlrd. dollar təşkil edir.

Konqresin hər iki palatası sənədi dəstəklədikdən sonra imzalanması üçün ABŞ prezidentinə təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru