Britaniyada hərbçilər təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək

24-05-2017, 08:34           
Britaniyada hərbçilər təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon, terror təhlükəsi səviyyəsi maksimum həddə yüksəldildikdən sonra ölkədə təhlükəsizliyin təmin olunmasına hərbçilərin cəlb edilməsinə razılığını verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey hökumət üzvlərinin və xüsusi xidmət qurumlarının əməkdaşlarının daxil olduğu KOBRA fövqəladə komitənin iclasından sonra bildirib.

“Polis hərbçilərin cəlb olunmasına dair müdafiə nazirinə sorğu göndərib və nazir müsbət cavab verib”, - deyə Mey bildirib.

Hərbçilər əhalinin sıx toplaşdığı yerlərdə polis patrullarını gücləndirəcək, bəzi hallarda isə əvəzləyəcək. Təhlükəsizliyin təmin edilməsinə minlərlə hərbçinin cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru