Tampın FTB rəhbəri postuna irəli sürdüyü namizəd təklifdən imtina edib

26-05-2017, 09:09           
Tampın FTB rəhbəri postuna irəli sürdüyü namizəd təklifdən imtina edib
ABŞ-ın sabiq senatoru və ABŞ Demokratlar Partiyasından vitse-prezident postuna sabiq namizəd 75 yaşlı Co Liberman Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsindən imtina edib.

APA-nın “The Wall Street Journal”-a istinadən verdiyi xəbərə görə, prezident Donald Trampın adına ünvanladığı məktubda Co Liberman FTB rəhbəri postunda çalışacağının maraqların münaqişəsinə səbəb olacağından ehtiyatlandığını bildirib. Belə ki, Liberman “Trampın Rusiya ilə əlaqələri” işi çərçivəsində prezidentin müqavilə bağladığı vəkilin şirkətində çalışdığını qeyd edib.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl Co Libermanın FTB rəhbəri postuna real namizəd olduğunu açıqlayıb.

Tramp daha əvvəl FTB direktoru Ceyms Komini vəzifəsindən azad edib. Prezident qərarını Kominin səlahiyyətlərini icra edə bilməməsi ilə əlaqələndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru