Moskva ABŞ-ı nüvə zərbəsi ilə hədələdi: “Əgər Donbasda...”

2-06-2017, 19:29           

“Əgər ABŞ və ya NATO qoşunları işğal edilmiş Donbas ərazisinə girərsə, Rusiya cavab olaraq nüvə silahından istifadə edə bilər".
Publika.az “Defense One” nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən “GLOBSEC 2017” forumunda Rusiyanın Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov bildirib.
“NATO sərhədlərimizə yaxın ərazilərdə genişlənir. Hərbçilərimizin sözlərinə görə, əgər ABŞ və NATO gücləri Krımda və ya Ukraynanın şərqində ortaya çıxarsa, onda münaqişənin erkən mərhələsində Rusiya nüvə silahının tətbiqi olmadan müdafiəsiz olacaq”, - Nikonov deyib.
Xatırladaq ki, daha əvvəl də Rusiya dəfələrlə nüvə zərbəsi haqqında xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru