Ermənistanın boğazı kəsildi
13-04-2015, 13:03
Bu ilin birinci rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayələrin həcmi kəskin azalıb. Bu barədə "Haykakan Jamanak" qəzeti ölkənin İqtisadiyyat Nazirliyindəki mənbələrinə istinadən bildirir.
Qəzetin yazdığına görə, belə axmaq vəziyyət heç zaman olmamışdı. Ölkə iqtisadiyyatına yatırılmış xarici sərmayələrin həcmi barədə rəsmi göstəricilər yalnız may ayında dərc olunacaq. Amma ilkin vəziyyət fəlakətli olub.
Hesablanıb ki, bütünlükdə xarici sərmayələrin həcmi cəmi 10 mln dollar təşkil edib, halbuki əvvəlki illərin anoloji dövründə bu rəqəm yetərincə böyük-120-150 mln dollar təşkil edib.
Yerli ekspertlərin fikrincə, xarici sərmayəçilər sadəcə ölkə iqtisadiyyatına pul yatırmağa qorxurlar. Bu ölkədə yaxın zamanlarda, Allah bilir, nələrin olacağını düşünürlər.
Bundan başqa, qəzet Ermənistanda pul ehtiyatının kəskin azalmasını bildirir. Bu, Cənubi Qafqaz respublikasının mərkəzi bankı bütün valyuta ehtiyatları barədə məlumat dərc edib. Aprelin 1-ə olan vəziyyətə valyuta ehtiyatları 1 mlrd 490 mln dollar təşkil edib, halbuki, keçən ilin sonuna bu rəqəm 2 mlrd dollar olmuşdu.
Qəzet yazır ki, ehtiyat fondu hər ay 70 mln dollar azalır. "Haykakan Jamanak" qəzeti yazır ki, əgər valyuta bu cür sürətli templərlə xərclənməyə davam edərsə, yaxın aylarda tamamilə tükənəcək.