“Lukoyl”-un Rumıniyadakı əmlakına həbs qoyuldu

9-07-2015, 11:47           
“Lukoyl”-un Rumıniyadakı əmlakına həbs qoyuldu
Rumınyanın Ploeşti şəhərinin apelyasiya palatası “Lukoil Europe Holdings Bvatrium Olanda” şirkətinin əmlakına həbs qoyub.

ANS PRESS-in məlumatına görə, prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin Rusiyanın "Lukoyl" şirkətinin hesabları da dondurulub.

Məhkəmənin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, bu addım çirkli pulların yuyulması və vergidən yayınma işi üzrə istintaq çərçivəsində gerçəkləşdirilir.

Oktyabr ayında Rumıniya polisi “SC Petrotel Lukoil S.A. Ploiesti” şirkətinin zavodunda və ofislərində axtarışlar aparıb. Prokurorluq iddia edir ki, indi yeni şübhəlilər peyda olub. Onların sırasına şirkətin başçısı və daha beş əməkdaş daxildir. Şübhəlilərdən ikisi Rusiya vətəndaşıdır.

Ümumiyyətlə, cinayət işi ilə bağlı 23 reyd keçirilib. Bu çərçivədə səhmlərinin 97 faizi "Lukoyl"a məxsus olan Petrotel" də də axtarış aparılıb.

İstintaqın ilk vaxtlarında şübhəlilərin vurduğu zərər 200 milyon avro həcmində qiymətləndirilirdi. Amma indi prokurorluqda ehtimal edirlər ki, dəyən zərər milyardlarla ölçülür.

"Lukoyl" hələ ki, bu barədə xəbərləri şərh etməyib. Ümumiyyətlə, 2014-cü ildə şirkətin işi düz getməyib. “Lukoyl” prezidenti Vahid Ələkbərov keçən il şirkətin 2 milyard dollar itirdiyini vurğulayıb.

Rumıniyadan başlanan küləyin azərbaycanlıya məxsus Rusiya şirkətinə nə qədər zərər vuracağı hələ ki məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.