TON kriptovalyutasının məzənnəsi kəskin yüksəldi

Dünən, 15:44           
TON kriptovalyutasının məzənnəsi kəskin yüksəldi
"Toncoin" (TON) kriptovalyutasının məzənnəsi illik 9%-lə beş illik istiqrazlar buraxaraq, təxminən 1,5 milyard dolların cəlb edilməsi xəbərləri fonunda 20%-dən çox yüksəlib.

Məsələ ilə bağlı "The Wall Street Journal" məlumat verib.

TON-un qiyməti təxminən 3,7 dollara çatdıqdan sonra korreksiya başlayıb. Bakı vaxtı ilə saat 17:55-də sikkə 3,4 dollar ətrafında satılırdı. Bununla yanaşı, kriptovalyuta bazarı son 24 saat ərzində 2,6% ucuzlaşıb.

Həmçinin "Telegram"ın İlon Maskın "xAl" şirkəti ilə əməkdaşlıq etmək planları barədə də məlum olub. Pavel Durov "X" sosial şəbəkəsində bildirib ki, mesencer 300 milyon dollar və səhmlər alacaq. Abunəçi olan "Telegram" istifadəçiləri "xAl" tərəfindən hazırlanmış "Grok" çatbotundan istifadə edə biləcəklər. İlon Mask və Pavel Durovun şirkətinin gəlirləri bərabər bölünəcək.

Daha əvvəl Durov "Telegram"da tezliklə Dubaya gədəcəyi barədə paylaşım edib. O həmçinin söz verib ki, qarşıda yaxşı xəbərlər gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.