Manatın dövretmə sürəti azalıb

29-05-2025, 15:14           
Manatın dövretmə sürəti azalıb
Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,33 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,12 bənd az, ötən il mayın 1-nə nisbətən isə 0,01 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru