Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

10-06-2017, 07:44           
Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
Böyük Britaniyanın paytaxtı Londonda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

Məlumata əsasən, 27 yaşlı oğlan evində aparılan axtarışdan sonra saxlanılıb. Ümumilikdə terror hadisəsi ilə əlaqədar indiyədək 18 nəfər saxlanılıb. Onlardan 13-ü hər hansı ittiham irəli sürülmədən sərbəst buraxılıb.

İyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru